Plagiatlıqla məşğul olan qəzetlər hansılardır?

XƏBƏR 7 Yanvar 2009 / 11:43 3121
-  A +

Son vaxtlar bəzi idman qəzetlərində və ictimai-siyasi mətbu orqanlarda Qol.Az-ın özəl materiallarından, şəkillərindən istifadə olunarkən saytımıza istinadən edilməməsi hallarına rast gəlinir. Bu zaman Qol.Az-ın xəbərləri, müsahibələri oxucuya həmin qəzetlərin özəl materialları kimi təqdim olunur.
Təəssüflə bildiririk ki, jurnalistikanın etik və peşəkarlıq prinsipləriylə ziddiyyət təşkil edən bu faktın aradan qaldırılması üçün Qol.Az-ın həmin mətbu orqanlara müraciətləri də nəticə vermir. Bəzi qəzetlər hələ də saytımızın bir çox özəl xəbərini ilkin mənbəyə istinad etmədən öz halal malı kimi oxucuya sırımaqla məşğuldur. 
Qol.Az saytı bu faktdan məyus olduğunu bildirir və həmkarlarını bir daha jurnalistikanın peşəkar dəyərlərinə hörmət etməyə, qarşılıqlı xoşməramlı əməkdaşlığa çağırır.
Həmkarlarımızdan saytımızın materiallarına istinad etməyi növbəti dəfə xahiş etməklə yanaşı bildiririk ki, bu xoşəgəlməz hallar aradan qaldırılmayacağı təqdirdə Qol.Az-ın materiallarına istinad etməyən qəzetlərin adlarını  açıqlayacağıq.
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı