“Köln” “Bakı”nın rəqibi ilə qarşılaşmaqdan imtina etdi

“Köln” “Bakı”nın rəqibi ilə qarşılaşmaqdan imtina etdi
XƏBƏR 11 Yanvar 2010 / 19:42 1715
-  A +

Yanvarın 16-da Moskvada start götürəcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının “Birlik Kuboku”nda “Bakı”yla eyni qrupda yer alan Qazaxıstan çempionu “Aktobe” Antalyada yeni mövsümün hazırlığını davam etdirir. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktau təmsilçisi dünən yeni ildə üçüncü yoxlama oyununu keçirməliydi. Lakin Almaniyanın “Köln” klubu ilə qarşılaşmaq istəyən “Aktobe”nin arzusu gerçəkləşməyib. Bundesliqa təmsilçisi heç bir səbəb göstərmədən “Aktobe” qarşısına çıxmaqdan imtina edib.
Xatırladaq ki, ilk hazırlıq matçında “Karşıyaka”ya uduzan (1:2) Qazaxıstan çempionu daha sonra “Qaziantepspor”la heç-heçə oynayıb - 1:1.


Son xəbərlər