"Simurq" sabahdan hazırlıqlara başlayır

XƏBƏR 11 Yanvar 2010 / 11:30 1810
-  A +

Qış fasiləsini başa vuran Zaqatalanın "Simurq" komandası sabahdan etibarən təlim-məşq toplanışına start verəcək. Yanvarın 12-də Zaqatalada toplanacaq komanda bir həftə ərzində fiziki hazırlığın artırlması üzərində çalışacaq. Yanvarın 19-da isə komanda Gürcüstana yola düşəcək. Tiflisdə və ya Batumidə məskunlaşacaq Zaqatala təmsilçisi 10 günlük təlim-məşq toplanışı ərzində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırıb. Yanvarın son günlərində Zaqatalaya geri dönəcək "Simurq" Unibank Premyer Liqasının növbəti turuna doğma şəhərdə hazırlaşacaq.
 
Mənbə: pfl.az
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki