Moldova və Ukrayna millisinin üzvləri “Neftçi”də

Moldova və Ukrayna millisinin üzvləri “Neftçi”də
XƏBƏR 10 Yanvar 2010 / 22:49 2087
-  A +

"Neftçi” Bakıdakı təlim-məşq toplanışını davam etdirir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komandanın bu gün klubun bazasında keçirdiyi səhər məşqində baxışa yeni dəvət olunan daha bir futbolçu iştirak edib. Söhbət 1986-cı il təvəllüdlü Sergey Alekseyevdən gedir. Moldova “Şerif”inin (2002-2009) şərəfini qorumuş hücumçunun sonuncu klubu İsveçrənin yüksək liqasında mübarizə aparan “Arau” olub. Moldova millisinin heyətində keçirdiyi 14 oyunda 4 qol vuran S.Alekseyev bu toplardan birini 28.05.2008-ci ildə Ermənistan yığma komandasının qapısından keçirib. Moldova çempionatının (2005, 2006, 2007) və Superkubokunun (2004, 2007) qalibi olmuş forvard Avropa Çempionlar Liqasının 2008/09 mövsümündə meydana çıxdığı 4 oyunda 1 qol vurub.
“Ağ-qaralar” eyni zamanda Ukrayna millisinin futbolçusu Taras Kabanovu da baxışa dəvət edib. Bakıya bu gün səhər saatlarında gələn hücumçu komandanın axşamkı məşqində iştirak edəcək.
1981-ci il təvəllüdlü T.Kabanov vətənində “Karpatı” (1999-2004), “Krivbass” (2004-06), “Metallurq” (Zaporojye, 2006-09), “Xarkov” (2009), “Volın” (2009) və “Lvov” (2009) klublarının şərəfini qoruyub. Vaxtilə Ukraynanın gənclərdən ibarət yığma komandasına mütəmadi olaraq dəvət alan T.Kabanov əsas millidə 2 oyun keçirib.
Bu gün “Neftçi”nin məşqlərində Cavid İmamverdiyevlə Fərid Haşımzadə də iştirak edib. Hər iki futbolçu son bir ili icarə əsasında başqa komandanın heyətində keçirib. C.İmamverdiyev “Karvan”nın, F.Həşimzadə isə MOİK-in formasını geyinib. Ötən mövsüm “Neftçi”nin əvəzedici heyətində Azərbaycan çempionu olmuş gənc futbolçular özlərini yaxşı tərəfdən göstərəcəkləri halda komandayla Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına qatıla bilərlər.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı