Rusiya millisi beynəlxalq turnirin qalibi oldu

Rusiya millisi beynəlxalq turnirin qalibi oldu
XƏBƏR 10 Yanvar 2010 / 21:25 1691
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirin qalibi adını Rusiya yığması qazanıb. Qol.Az-ın məlumatına görə, finalda Ukrayna komandası ilə qarşılaşan rusiyalı futbolçular 3:0 hesabı ilə qalib gəliblər.
Üçüncü yer uğrunda qarşılaşmada isə Türkiyə millisi belçikalı həmyaşıdlarını məğlub edib - 2:1.
Turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 5-ci yeri, Finlandiyanı 3:2 hesabıyla məğlub edən Belarus isə yeddinci yeri tutub.

 


Son xəbərlər