“Azərbaycan millisi çox yaxşı təsir bağışladı”

“Azərbaycan millisi çox yaxşı təsir bağışladı”
XƏBƏR 10 Yanvar 2010 / 20:58 1775
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə 5-ci yer uğrunda keçirilən Özbəkistan – Azərbaycan oyunundan sonra Özbəkistan yığmasının baş məşqçisi Marat Kabayev qarşılaşmayla bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına bildirib: «Azərbaycan yığmasını, ilk növbədə, nümayiş etdirdiyi gözəl oyun münasibətilə təbrik edirəm. Rəqibimiz komanda olaraq çox yaxşı təsir bağışladı. Penalti seriyası lotereyadır, biz lotereyanı uduzsaq da, düşünürəm ki, bu oyunda dostluq qalib gəldi».

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın