Millimiz Özbəkistanı məğlub etdi

XƏBƏR 10 Yanvar 2010 / 18:19 1882
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi beşinci yeri tutub. Qol.Az-ın məlumatına görə, komandamız həlledici oyunda Özbəkistan yığması ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə sona çatıb. Millimizin heyətində 5-ci dəqiqədə Elnur Abdulov hesabı açsa da, bundan cəmi 1 dəqiqə sonra rəqib komanda Azamat Mamadjanovla bərabərlik qolunu vurub. Onbirmetrlik cərimə zərbələrində isə komandamız daha yaxşı oynayıb və 3:4 hesabı ilə qələbə qazanıb.

Son xəbərlər