Estoniya millisinin üzvü də “Neftçi”də baxışdadır

Estoniya millisinin üzvü də “Neftçi”də baxışdadır
XƏBƏR 9 Yanvar 2010 / 20:11 2254
-  A +

Bu gün təlim-məşq toplanışına start verən “Neftçi” Estoniya millisinin üzvü Vladimir Voskoboynikovu baxışa dəvət edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, estoniyalı futbolçu artıq komandanın bugünkü məşqlərində iştirak edib. Baş məşqçi Vaqif Sadıqov Voskoboynikovu “Olimpik-Şüvəlan”la yoldaşlıq oyununda sınamağı nəzərdə tutur.
26 yaşlı Voskoboynikov “Levadiya” (Estoniya), “Brüssel” (Belçika), “Torpedo” (Moskva, Rusiya), “Sirianska” (İsveç), “Luç-Energiya” (Rusiya) klublarında çıxış edib. Hücumçu Estoniya millisinin heyətində keçirdiyi 24 oyunda 3 qol vurub.


Son xəbərlər