Qurban Qurbanov: “Bülənt Qorxmaz “Bakı”da qısa zamanda böyük işlər görüb”

ÖLKƏ FUTBOLU 9 Yanvar 2010 / 13:48 2332
-  A +

Hazırda “Qalatasaray”ın düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qardaş ölkədə diqqət mərkəzindədir. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, İstanbul klubunun televiziyası “Galatasaray TV” Qurbanovdan müsahibə götürüb. Qurban Qurbanov məhz “Qalatasaray”ı seçməsini bu kluba olan rəğbəti və bu komandanın baş məşqçisi Frank Raykardın oyun fəlsəfəsini bəyənməsiylə əlaqələndirib.
Eyni zamanda Qurbanov “Qalatasaray”ın həqiqətən də yaxşı komanda olduğunu və məşqlərdə buna canlı şahid olduğunu söyləyib.
“Qarabağ”ın çalışdırıcısı eyni zamanda hal-hazırda “Bakı”nın baş məşqçisi olan Bülənt Qorxmaz haqqında da danışıb: “Təbii ki, Bülənt Qorxmaz futbolda öz sözünü demiş birisidir. Qısa zamanda komandada böyük işlər görüb. “Bakı”nın fasilədən sonra daha yaxşı çıxış edəcəyinə inanıram”. 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı