Gürcüstan millisinin üzvü “Neftçi”də

Gürcüstan millisinin üzvü “Neftçi”də
PREMYER LİQA 9 Yanvar 2010 / 13:13 3150
-  A +

“Neftçi” Gürcüstan milli komandasının üzvü Luka Razmadzeni baxışa dəvət edib. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində paytaxt klubunun vitse-prezidenti Tahir Süleyamnov məlumat verib. Onun sözlərinə görə, gürcü futbolçu artıq komandanın düşərgəsindədir. 
Qeyd edək ki, 1983-cü il dekabrın 30-da anadan olan Luka Razmadzenin boyu 184 sm, çəkisi 78 kq-dır. Dayaq yarımmüdafiəçisi olan Razmadze karyerasına “Dila”da başlayıb. Burada 14 dəfə meydana çıxdıqdan sonra 2005-ci ildə “VİT-Corciya”ya transfer olunan futbolçu karyerasının sonrakı 5 ilini məhz bu klubda keçirib. 2005-ci ildən Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının da şərəfini qoruyan
Luka 2008-ci ilin dekabrından əsas millidə çıxış edir və artıq 10 oyunda meydana çıxıb.

 

Daha çox


Son xəbərlər