«Kocaelispor»dan Rəşad Sadıqova sayğısızlıq

XƏBƏR 6 Yanvar 2009 / 20:19 3025
-  A +

Türkiyənin «Kocaelispor» klubunun rəsmi saytı bu komandanın məşqlərində iştirak edən Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovu diqqətdən kənarda saxlayır. Qol.Az-ın məlumatına görə, Rəşad Sadıqovun «Kocaelispor»a baxışa gəlməsinə klub bir cümlə belə yer ayırmayıb. Saytda cəmi bir yerdə - dünən «Samsunspor»a qarşı keçirilən matçın protokolunda Rəşadın adı hallanıb.
Qəribəsi odur ki, saytda «Kocaelispor»a baxışa gələn başqa bir futbolçu - Danimarka çempionatında çıxış edən nigeriyalı oyunçu Akeem Aqbetu azarkeşlərə xüsusi təqdim olunub. Bundan başqa, klubun əvəzedici heyətindən baxışa dəvət olunan iki futbolçunun da adı hallanıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı