"Neftçi" müdafiəçisi ilə yollarını ayırdı

XƏBƏR 8 Yanvar 2010 / 20:36 1901
-  A +

Eston futbolçu Andrey Stepanovun “Neftçi” ilə müqaviləsi başa çatıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş müdafiəçi tez-tez zədələnməsi üzündən premyer-liqanın ilk dövrəsinin “Turan” (2:0) və “Standard” (2:1), ölkə kubokunun 1/8 final mərhələsinin isə “Neftçi” İSM-lə hər iki oyununda (5:0 və 2:0) meydana çıxa bilib. Bunadək TVMK (Tallin, Estoniya), “Lelle” (Estoniya), “Flora” (Tallin, Estoniya), “Torpedo” (Moskva, Rusiya), “Ximki” (Rusiya), “Uotford” (İngiltərə) klublarının şərəfini qorumuş 30 yaşlı Stepanov Estoniya yığma komandasının heyətində keçirdiyi 79 oyunda 1 qol vurub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord