Finlandiyanın baş məşqçisi millimizlə oyunda nəyə təəssüflənib?

Finlandiyanın baş məşqçisi millimizlə oyunda nəyə təəssüflənib?
XƏBƏR 8 Yanvar 2010 / 18:24 1899
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə bu gün keçirilən Finlandiya - Azərbaycan oyunundan sonra Finlandiya millisinin baş məşqçisi Mika Laurikaynen qarşılaşmayla bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına açıqlayıb: “Birinci hissədə rəqibimiz çox güclü oynadı. Qapıçımızın inamlı çıxışı və idman xoşbəxtliyi hesabda geri düşməyimizə imkan vermədi. Bununla belə, hesabı biz açdıq və qələbəni əldən verdiyimiz üçün təəssüflənirəm”.


Son xəbərlər