“Neftçi”nin futbolçuları bayramı Rumıniya səfirliyində qeyd ediblər

“Neftçi”nin futbolçuları bayramı Rumıniya səfirliyində qeyd ediblər
XƏBƏR 8 Yanvar 2010 / 16:53 1966
-  A +

“Azərbaycanda nə gərginlik var, nə də maddi baxımdan hər hansı problem. Demək olar ki, böhran da yoxdur. Bakı turist şəhəridir və çox gözəldir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rumıniya mətbuatına verdiyi açıqlamada “Neftçi”nin üzvü Marian Aliuta deyib.
Hazırda vətənində olan və yeni ili ailəsi ilə keçirdiyini deyən Aliuta digər əziz bayramları - Rumıniyanın Milli Birlik gününü Bakıdakı Rumıniya səfirliyində, “Neftçi”dəki həmyerliləri - Adrean Neaqa və Leonard Naydinlə birgə qeyd etdiklərini söyləyib.


Son xəbərlər