“Bakı”nın rəqibi “Karşıyaka”ya uduzdu

XƏBƏR 8 Yanvar 2010 / 16:43 1790
-  A +

Yanvar 16-da Moskvada start götürəcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda “Bakı”yla bir qrupda yer alan Qazaxıstan çempionu “Aktobe” yeni mövsümün hazırlığını davam etdirir. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktau təmsilçisi dünən hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. “Aktobe” “Karşıyaka” ilə qarşılaşıb. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsiylə tamamlanıb. “Aktobe”nin yeganə qoluna görüşün 45-ci dəqiqəsində penaltidən Samat Smakov imza atıb.
Qeyd edək ki, “Aktobe”nin uduzduğu “Karşıyaka” ilə “Bakı” da qarşılaşacaq. Çempionumuz İzmir təmsilçisini sabah sınağa çəkəcək.

 


Son xəbərlər