"Biz Bülənt Qorxmaza hələ də "Kapitanım" deyə müraciət edirik"

"Biz Bülənt Qorxmaza hələ də "Kapitanım" deyə müraciət edirik"
DÜNYA FUTBOLU 8 Yanvar 2010 / 12:13 2665
-  A +

«Qalatasaray»ın və Türkiyə milli komandasının keçmiş üzvü Hakan Ünsal çağdaş türk futbolunun ulduzu Arda Turanla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, «Hürriyət» qəzetində dərc olunan yazısında Hakan Ünsal «Qalatasaray»ın kapitanı sarğısını daşımağın böyük məsuliyyət tələb etməklə yanaşı, həm də futbolçunu canlı əfsanayə çevirdiyini qeyd edib. «Ardanın üzünə baxın. Kapitanlığın ağır fəsadlarını onun üz cizgilərində görmək olar. Hanı iki il öncəki Arda? Bu gənc yaşında ağır məsuliyyəti üzərində daşıyan və onun altında bacarıqla çıxa bilən Arda iki ildə beş il yaşlanıb».
Hakan Ünsal Ardadan kapitan kimi gözlədiklərini də yazıb: «O, Bülənt Qorxmaz kimi hörmət qazanan bir kapitan olmalıdır. Önəmli olanı Ardanın idmançı karyerasını bitirdikdən sonra da fütbolçu dostlarının ona «Kapitanım» deyə müraciət etməsidir. Biz Bülənt Qorxmaza hələ də «Kapitanım» deyirik. Bunu isə  səmimi şəkildə edirik».


Son xəbərlər