“Bakı” “Yuventus”un futbolçusundan imtina etdi

“Bakı” “Yuventus”un futbolçusundan imtina etdi
ÖLKƏ FUTBOLU 8 Yanvar 2010 / 12:05 2306
-  A +

“Bakı” “Karvan”ın futbolçusu Əziz Quliyevi heyətinə qatacaq. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib: “Əziz məşqlərdə baş məşqçi Bülənt Qorxmazın rəğbətini qazana bildi. Bu səbəbdən də onunla rəsmi müqavilə imzalayacağıq”.
T.Afşar 3 futbolçunun transferindən imtina etdiklərini söyləyib: “Tsıqırlaşın transferi düyünə düşüb. Klubu onu buraxmaq istəmir. Eyni sözləri “Beşiktaş”lı Ərhan Güvən haqda da deyə bilərəm. Bu iki futbolçudan başqa “Yuventus”lu David Toukamın da transferindən vaz keçdik”.
Klub rəsmisi Əziz Quliyevdən başqa daha iki futbolçunu heyətlərinə qatacaqlarını bildirib: “İndi maraq dairəmizdə olan iki futbolçu var. Onların yolunu gözləyirik. Biri qanalıdır. Adını açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, dayaq yarımmüdafiəçisidir, Avropada çıxış edir və millisinin şərəfini qoruyur. Bir də braziliyalı futbolçunu transfer etməyə çalışırıq. Yarımmüdafiəçidir, hər iki cinahda oynamağı bacarır”. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı