«Xəzər-Lənkəran» premyer-liqanın səviyyəsilə bağlı açıqlama yaydı

XƏBƏR 6 Yanvar 2009 / 19:11 3071
-  A +

«Xəzər-Lənkəran» klubu Azərbaycan premyer-liqasının Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (İFFHS) dünyanın ən güclü 100 çempionatının reytinqinə düşməməsinə münasibət bildirib. «Düşünürük ki, ölkə çempionatının reytinqinin belə aşağı olmasının əsas səbəbi aidiyyatı qurumların piar işlərini lazımi səviyyədə qurmamasıdır. Çünki ölkə Premyer-liqasının səviyyəsinin Nikaraqua, Malayziya, Panama, Estoniya, Moldova və ya Ermənistan kimi ölkələrin birinciliklərindən geri qalmasını iddia etmək ədalətsizlikdir» - deyə klubun rəsmi saytında yer alan məlumatda bildirilir.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı