Rəşad Sadıqov: “Kocaelispor”un prezidentinə dedim ki, gəlib sizdə oynayaram”

Rəşad Sadıqov: “Kocaelispor”un prezidentinə dedim ki, gəlib sizdə oynayaram”
ÖLKƏ FUTBOLU 7 Yanvar 2010 / 20:20 2777
-  A +

“Türkiyədə olduğum müddətdə “Kocaelispor”un prezidentiylə görüşdüm. Onunla əvvəldən də münasibətimiz yaxşı idi. Bu dəfə dost kimi oturub, söhbət etdik”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib. Təcrübəli futbolçu “Kocaelispor”a qayıtmasının yalnız gələn mövsümdə mümkün olacağını deyib: “Mən ona dedim ki, hazırda “Qarabağ”la müqaviləm var və sözləşmə başa çatana kimi klubu tərk etmək istəmirəm. Əgər gələn il üçün yaxşı komanda qursanız, gəlib, oynayaram”.
Rəşad Sadıqov “Kocaelispor”un futbolçulara olan borcunu qaytarmaq üçün avqusta qədər vaxt istədiyini də söyləyib: “Orada olanda öyrəndim ki, “Kocaelispor” rəhbərliyi borclu olduğu bütün futbolçulardan pullarını vermək üçün avqusta qədər vaxt istəyib. Ona görə də mən bu mövzunu yenidən açmadım”.  

 

Daha çox


Son xəbərlər