Lionel Messi: «Arda Turan adlı futbolçu tanımıram»

Lionel Messi: «Arda Turan adlı futbolçu tanımıram»
DÜNYA FUTBOLU 7 Yanvar 2010 / 19:34 3121
-  A +

«Barselona»nın argentinalı ulduzu Lionel Messi son günlər Türkiyədə onunla Arda Turanın müqayisə edilməsi ilə bağlı müzakirələrə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, bir neçə gün əvvəl «Qalatasaray»ın futbolçusu Arda Messinin ulduz oyunçu olduğunu, onun oyununu hər kəsin gördüyünü söyləmişdi.
Türkiyədə kiminə görə Arda Messidən, kiminə görə isə Messi Ardadan üstün futbolçudur. Məsələylə bağlı Türkiyənin «Hürriyət» qəzetinin müxbiri Messinin özünə müraciət edib. Messinin bu qızğın müzakirələ münasibəti ilginc olub. «Açığı, Arda adlı futbolçu tanımıram. Türkiyə milli komandası haqda çox məlumatım yoxdur. Sadəcə, Quizanın Türkiyədə oynadığını bilirəm. Bir də «Mançester Yunayted»ə üç qol vuran Tuncayın oyununu görmüşəm. Mən Türkiyədəki müzakirələrlə bağlı nəsə demək istəmirəm. Hər kəs meydanda kimin necə oyun sərgilədiyini görür'.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın