Cavid Hüseynov: “Bütün bu söz-söhbətlərdən başım şişib”

Cavid Hüseynov: “Bütün bu söz-söhbətlərdən başım şişib”
XƏBƏR 7 Yanvar 2010 / 17:21 2099
-  A +

“Bütün bu söz-söhbətlərdən artıq başım şişib. Hələ özüm də hansı komandada çıxış edəcəyimi dəqiq bilmirəm. Sxadadze də komandada qalmağımı istəyir. Maksimum sabah, yaxud birisigün bu məsələ öz həllini tapacaq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “İnter”in yarımmüdafiəçisi Cavid Hüseynov “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Hüseynov hazırda “Neftçi”ylə bərabər “Qarabağ” və “Xəzər Lənkəran”dan təkliflər aldığını da bildirib: “Danışıqlar gedir. Hələ ki, konkret bir şey yoxdur. Lakin müqayisə etdikdə bu komandalardan üstünlüyü “Neftçi”yə verərdim”. Müxbirimizin “sən özün “İnter”də qalmaq istəyirsənmi” sualını futbolçu cavablandırmaq istəməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı