Belarus klubu azərbaycanlını bəyənmədi

XƏBƏR 6 Yanvar 2009 / 18:40 2986
-  A +

Belarusun MTZ-RİPO klubunda baxışda olan həmyerlimiz Emil Rəhimli bəyənilməyib. Qol. Az-ın Belarus mətbuatına istinadən verdiyi xəbərə görə, hücumçumuzla yanaşı, müdafiəçi Yeqor Dmitraçkov da geri göndərilib. Qeyd edək ki, hazırda bu komandada digər azərbaycanlı futbolçular Elmar Xeyirovla Arzu Nəsibov da baxışdadır. 1987-ci il təvəllüdlü Rəhimli Kiyev «Dinamo»sunun uşaq məktəbinin yetirməsi sayılır. Həmyerlimiz həvəskarlar liqasında çıxış edən «Xocavənd» klubunda da oynayıb.  Xeyirov isə «Savit» və «Darida» klublarında icarədə olduqdan sonra yenidən özünü MTZ-RİPO-da sınamağı qərara alıb. Belarusu Moskvada keçiriləcək «Birlik kuboku»nda MTZ-RİPO təmsil edəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi