Futbol tariximizin ən yaxşı legioneri: «Vaqif Cavadov Avropaya gedən yolumuzu açmalıdır»

Futbol tariximizin ən yaxşı legioneri: «Vaqif Cavadov Avropaya gedən yolumuzu açmalıdır»
ÖLKƏ FUTBOLU 7 Yanvar 2010 / 16:52 2752
-  A +

Azərbaycan futbolu tarixinin ən yaxşı legioneri hesab edilən, Vladiqafqazın «Spartak» (indiki «Alaniya») klubunun tərkibində Rusiya çempionu olmuş Nazim Süleymanov milli komandamızın və «Qarabağ»ın hücumçusu Vaqif Cavadovun Hollandiyanın «Tvente» klubuna transferi məsələsinə münasibət bildirib. Vaqifin «Tvente»yə keçidinin hər bir azərbaycanlı kimi onu da sevindirdiyini deyən Nazim Süleymanov Azərbaycana belə bir futbolçu bəxş etdiyi üçün ilk öncə «Qarabağ» klubunun rəhbərliyinə və onun baş məşqçisi Qurban Qurbanova təşəkkürünü bildirib: «Tvente» Avropanın ən yaxşı klublarından sayılır. Vaqif unutmamalıdır ki, o, Hollandiyada təkcə özünü deyil, bütövlükdə Azərbaycan fütbolunu təmsil edəcək. Mən Vaqifə ilk növbədə uğurlar və idman xoşbəxtliyi arzulayıram. Onun üzərinə daha böyük məsuliyyət düşür. Vaqif ilk öncə kollektivə, mühitə və Hollandiya futboluna uyğunlaşmalıdır. Ən başlıcası Vaqif Cavadov öz oyunu ilə Azərbaycan futbolçularının Avropaya gedən yolunu açmalıdır. Başqa sözlə, Vaqif Avropa və Azərbaycan futbolu arasında körpü rolunu oynamalı və təsdiq etməlidir ki, Azərbaycan futbolçuları da Avropada oynamağa qadirdilər. Mən onun bu çətin missiyanın öhdəsindən gələcəyinə inanıram».
Nazim Süleymanov Vaqifin həm «Qarabağ», həm də milli komandada sərgilədiyi parlaq oyunların onun təzliklə «Tvente»də möhkəmlənəcəyini deməyə əsas verdiyini vurğulayıb.

Daha çox


Son xəbərlər