Zaur Məmmədov: “Məgər Pokora Azərbaycan futboluna Ronaldinyo bəxş etməlidir?”

Zaur Məmmədov: “Məgər Pokora Azərbaycan futboluna Ronaldinyo bəxş etməlidir?”
ÖLKƏ FUTBOLU 7 Yanvar 2010 / 15:56 3703
-  A +

“Simurq”un prezidenti Zaur Məmmədov bir neçə gün əvvəl ölkə mətbuatına verdiyi açıqlamada komandasının baş məşqçisi Roman Pokoranı kəskin şəkildə tənqid edən Nadir Qasımovun cavabını verib. Qol.Az-ın müxbirilə söhbətində hər kəsin fikrinə hörmətlə yanaşdığını deyən Z.Məmmədov Pokoranın işinin göz qabağında olduğunu söyləyib: “Mən hər bir kəsin fikrinə hörmətlə yanaşıram. O cümlədən də Nadir Qasımovun. Amma Pokoranın işi göz qabağındadır. Əgər kimsə bunu görmək istəmirsə, bu artıq ayrı şeydir”.
Zaqatala klubunun başçısı ukraynalı məşqçinin Azərbaycan futbolu üçün heç də az iş görmədiyini bildirib: “Məhz Pokoranın səyləri nəticəsində 3 ilin komandası olan “Simurq” avrokuboklara vəsiqə qazandı. Məgər bu az işdir? Tural Cəlilovu 3-4 il əvvəl kim tanıyırdı? Amma məhz “Simurq”da oynadıqdan sonra Tural tanınmağa başladı. Daha sonra da milli komandaya cəlb olundu. O cümlədən Elşən Məmmədov. Elşən son zamanlar itib-batmışdı. Amma məhz Pokoranın səyləri nəticəsində Məmmədov bu gün yenidən adından söz etdirir. Pokora mənim nə əmim oğludu, nə dayım oğlu. Amma adam gərək insafla danışsın. Pokora bundan artıq neyləməlidi ki? Azərbaycan futboluna üç ilin ərzində Ronaldinyo bəxş etməli idi? Vaxtı çatanda biz Pokoraya da “yaxşı yol” deyəcəyik. Amma bugün onun işi bizi qane edir. Biz ondan razıyıq”.   
Xatırladaq ki, N.Qasımov müsahibəsində Pokoranın Azərbaycan futboluna heç bir xeyr vermədiyini iddia edib.    

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki