Ruslan Abışov: «Bu vəziyyətdə oynamaq mümkün deyil»

ÖLKƏ FUTBOLU 7 Yanvar 2010 / 13:59 2608
-  A +

Azərbaycan milli komandasının və “Neftçi” klubunun futbolçusu Ruslan Abışov müalicə üçün (diaqnoz: aşıq sümüyündə qəlpəli sınıq) yanvar ayının 10-da Almaniyanın Berlin şəhərinə gedəcək. Bu haqda Qol.Az-a futbolçunun özü məlumat verib. Bildirib ki, yanvarın 11-də üzərində əməliyyat aparılacaq, yanvarın 13-də isə vətənə qayıdacaq.
R.Abışov Azərbaycana döndükdən sonra məşqlərə başlayacağını vurğulayıb. O, indi yeriyərkən ayağında ağrılar hiss etdiyini deyib: «Bu vəziyyətdə məşq etmək, oynamaq isə ümumiyyətlə, mümkün deyil. O dəqiqə ayağımda şiddətli ağrılar başlayır. Ona görə də mütləq əməliyyat olunmalıyam».
R.Abışov ayağındakı bu problemin dekabrın 20-də «Standard»la oyundan sonra yarandığını söyləyib: «Heç bilmirəm necə oldu. Oyundan sonra ayağımda ağrılar hiss etdim. Ertəsi gün məşqə çıxanda ağrılar şiddətləndi. Ona görə də məşqi yarımçıq saxladım. Dərhal həkimə aparıldım. Orda məlum oldu ki, ayağımda sınıq var».

Daha çox


Son xəbərlər