“Simurq”un futbolçusu Malaqa yolunda

“Simurq”un futbolçusu Malaqa yolunda
XƏBƏR 7 Yanvar 2010 / 13:23 1839
-  A +

“Simurq"un yarımmüdafiəçi Gennadi Solonitsin Latviya yığmasının heyətinə çağırılıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, yanvarın 22-də İspaniyanın Malaqa şəhərində Cənubi Koreya ilə yoldaşlıq görüşü keçirəcək Latviya yığmasının baş məşqçi Aleksandr Starkov futbolçunu növbəti dəfə milli komandaya cəlb edib. Solonitsin yanvarın 20-də komandanın düşərgəsində olmalıdır. O, matçdan sonra - yanvarın 23-də dönəcək.
Qeyd edək ki, Latviya millisində 28 oyun keçirən yarımmüdafiəçi 1 dəfə fərqlənib.

 


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın