Ramin Musayev: «Uzun müddət polis işləmişəm, məni aldatmaq qeyri-mümkündü"

ÖLKƏ FUTBOLU 18 Noyabr 2008 / 15:51 5004
-  A +

Dünən "Xəzər" TV-də yayımlanan "Futbol saatı " verilişində qonağ olan keçmiş FİFA referisi Tahir Süleymanov bir sıra ittihamlarla çıxış edib. Bunlardan biri də Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin ünvanına olub. Süleymanovun sözlərinə görə, Musayevin ətrafında olan adamlar onu aldatmaqla məşğuldular.

R.Musayev isə Qol.Az saytına açıqlamasında bildirib ki, ətrafındakı insanlar onu aldada bilməzlər: «Tahir Süleymanovun nə sözü varsa, axıra kimi desin. Ümumiyyətlə belə şeylərə fikir vermirəm və deyilənləpri əsassız sayıram. Özünüzdə bilirsiz ki, uzun müddət polis işləmişəm, ona görə məni aldatmaq qeyri-mümkündü".

Daha çox


Son xəbərlər