Qadın güləşçilərimizdən 1 qızıl, iki bürünc medal

Qadın güləşçilərimizdən 1 qızıl, iki bürünc medal
GÜLƏŞ 1 Aprel 2016 / 00:22 3377
-  A +

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Qol.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçiləri daha 3 medal qazanıb.

Dörd 4 qadın güləşçimizdən Anna Pavliv (48 kq) 5-ci yerlə kifayətlənib. 60 kq çəki dərəcəsində yarışan Tatyana Omelçenko bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatının ilk iki günündə mübarizə aparan Azərbaycan yunan-Roma güləşçilərindən Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub.

Daha çox


Son xəbərlər