Roberto Karlos 6 min tamaşaçı qarşısında müqavilə bağladı

Roberto Karlos 6 min tamaşaçı qarşısında müqavilə bağladı
DÜNYA FUTBOLU 5 Yanvar 2010 / 12:03 2322
-  A +

Türkiyənin “Fənərbaxça” komandasından Braziliyanın “Korintians” klubuna keçən Roberto Karlos 6 min azarkeş qarşısında yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, Karlos ictimaiyyət qarşısına “Korintians”ın ev oyunlarını keçirdiyi “Parque Sao Jorge” stadionunda çıxıb. 16 ildən sonra yenidən Braziliya liqasına qayıdan təcrübəli müdafiəçi bundan böyük həyəcan hissi keçirdiyini söyləyib: “Hazırda 36 yaşımda olsam da, motivasiyam 22 yaşındakı kimidir. Yaşlı yox, təcrübəliyəm. Futbolda yaşın problem olmadığını nümayiş etdirirəm. Gənclik hisslərimi təcrübəmlə birgə yaşayıram”. Karlos “Korintians”a gəlişində digər “sambaçı” Ronaldonun da önəmli payının olduğunu vurğulayıb. O, 100-cü ildönümünü keçirən kluba önəmli dönəmdə gəldiyini və Cənubi Amerikanın ən böyük turniri sayılan “Libertadores kuboku”nu qazanmaq istədiyini açıqlayıb. Karlos futbolla elə bu klubda vidalaşacağını da bəyan edib.

Mənbə: lent.az


Son xəbərlər