Haciyevski Kiprdə ilk dəfə xal itirdi

Haciyevski Kiprdə ilk dəfə xal itirdi
DÜNYA FUTBOLU 4 Yanvar 2010 / 14:01 2585
-  A +

“Bakı”nın və milli komandamızın sabiq baş məşqçisi Coko Haciyevskinin çalışdırdığı Kiprin “Atromitos” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Haciyevskinin yetirmələri səfərdə “Frenaros FC 2000” klubunun qonağı olub. Qarşılaşma qolsuz başa çatıb. Bununla da dördüncü oyununda makedoniyalı mütəxəssisin komandası ilk dəfə xal itkisiylə üzləşib. Lakin əvvəlki 3 oyunda olduğu kimi, bu dəfə də onun komandası qapısının toxunulmazlığını qoruyub. Səfərdə qazanılan 1 xal sayəsində Haciyevskinin komandası turnir cədvəlində beşinci pilləyə yüksəlib. Hazırda 22 xalı olan “Atromitos” növbəti oyununu evdə “Nisou” klubuna qarşı keçirəcək.  

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı