Futbol Ərdoğana baha başa gəldi

Futbol Ərdoğana baha başa gəldi
DÜNYA FUTBOLU 4 Yanvar 2010 / 13:31 2607
-  A +

Yeni ili qeyd etmək üçün Antalyaya yollanan Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğana futbol baha başa gəlib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dövlət rəsmisi qaldığı otelin meydançasında iki oğlu və kürəkəni ilə birlikdə futbol oynayarkən yerə yıxılıb. Müayinədən sonra Ərdoğanın çiyninin çıxdığı məlum olub. Bu səbəbdən də dövlət rəsmisi dərhal xüsusi təyyarə ilə İstanbula gətirilib. 
Bu olaya qədər dövlət rəsmisi bir neçə dəfə də xoşagəlməz hadisəylə də qarşılaşıb. 2003-cü ildə bir parkın açılışına qatılan Ərdoğan at çapmaq eşqinə düşsə də, bu, ona baha başa gəlib. Nəticədə yerə yıxılan Ərdoğan bir neçə gün həkim nəzarətində qalmalı olub.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi