Bülənt Uyqun Türkiyə millisində çalışmaq istəyir

Bülənt Uyqun Türkiyə millisində çalışmaq istəyir
DÜNYA FUTBOLU 3 Yanvar 2010 / 14:07 2495
-  A +

"Neftçi” klubunun baş məşqçisi postuna gətiriləcəyi barədə xəbərlər yayılan Bülənt Uyqun işləmək istədiyi komandanın adını açıqlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Sivasspor”un sabiq çalışdırıcısı ölkəsinin milli komandasında baş məşqçi köməkçisi işləməyə hazırdır: “İndiyədək çox klublardan təklif almışam. Amma hədəfi böyük olan komandada işləmək istəyirəm. Milli komandada baş məşqçi köməkçisi işləməyə hazıram”.
Qeyd edək ki, Uyqunun “Neftçi”yə baş məşqçi gətiriləcəyi barədə xəbərlər yayılsa da, bu, təsdiqini tapmayıb.


Son xəbərlər