Georgi Adamiya "Bakı"dan kənarlaşdırıldı

Georgi Adamiya "Bakı"dan kənarlaşdırıldı
PREMYER LİQA 3 Yanvar 2010 / 11:22 3424
-  A +

“Bakı”nın hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət dünən İstanbulda klubun sağlamlıq sponsoru olan “Acıbadem” klinikasında müayinə olunub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş koordinator Akif Özakyolun müşayətində tibbi müayindən keçən Bərəkət Antalyaya yollanıb. Bu gün Cəmşid Məhərrəmov, Mahmud Qurbanov, Vadim Borets, Rafael Əmirbəyov, Elvin Əliyev, Bəxtiyar Soltanov, Saşa Yunisoğlu, Hacı Əhmədov, Rəhman Hacıyev, Səbuhi Həsənov saat 13.10-da Bakıdan İstanbula, oradan usə Antalyaya, komandanın məskunlaşdığı "Papillon Belvil" otelinə yollanacaqlar. Paytaxt klubu bu gün (3 yanvar) saat 19.30-da 2010-cu ildə ilk məşqinə çıxacaq. Müqavilələri başa çatan Mihay Pank və Georgi Adamiya təlim-məşq toplantısına qatılmayacaqlar. Georgi Adamiya komandada 2009-cu ilin qışından (yanvar 2009), Mihay Pank isə 2009-cu ilin yayından (iyul 2009) etibarən çıxış edirdilər.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı