“Barselona”dan penalti rekordu

“Barselona”dan penalti rekordu
DÜNYA FUTBOLU 20 Mart 2016 / 22:39 12230
-  A +

Bu gün La Liqanın 30-cu turunda “Vilyarreal”la oyunda (2:2) “Barselona”nın lehinə növbəti penalti zərbəsi təyin olunub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, hazırkı mövsümdə Kataloniya təmsilçisinin İspaniya çempionatında qazandığı 16-cı penalti olub. Bununla da Luis Enrikenin komandası “Betis”ə məxsus olan rekordu (1986/87 mövsümü, 16 penalti) təkrarlayıb.

Qeyd edək ki, bugünkü oyundakı penaltini Neymar dəqiq yerinə yetirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı