Bülənt Qorxmaz "Qalatasaray"ın təklifini rədd etdi

Bülənt Qorxmaz "Qalatasaray"ın təklifini rədd etdi
DÜNYA FUTBOLU 16 Mart 2016 / 14:40 5464
-  A +

Mustafa Dənizlinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray" komandanın əfsanəvi futbolçusu Bülənt Qorxmazla danışıqlar aparıb.

Qol.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis klubun prezidenti Dursun Özbəklə görüşüb.

Lakin tərəflər razılığa gələ bilməyiblər. Buna Qorxmazın "Qalatasaray"ın tələbi ilə razılaşmaması səbəb olub. Bülənt Qorxmaz klub prezidentinə "pul haqda danışmaram. Çünki bura məni Bülent Qorxmaz edən camiadır. Ancaq özümü sübut etməyim üçün mənə kifayət qədər vaxt verilməsini istəyirəm" deyib.

Lakin Qorxmazın 1,5 illik müqavilə şərtini qəbul etməyən D.Özbək gənc mütəxəssisə mövsümün sonuna qədər komandanı çalışdırmağı təklif edib. Sabiq komandasında daha uzun müddət çalışmaq istədiyini bildirən Bülənt Qorxmaz təklifi rədd edib.

Nəticədə "Cim Bom"un baş məşqçi vəfizəsinə aşağı yaş qrupu üzrə komandanın çalışdırıcısı Yan Olde Rikerink gətirilib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı