İngiltərə Premyer Liqası: "Lester Siti"dən növbəti qələbə

İngiltərə Premyer Liqası: "Lester Siti"dən növbəti qələbə
DÜNYA FUTBOLU 15 Mart 2016 / 02:11 8228
-  A +

İngiltərə Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, lider "Lester Siti" evdə "Nyukasl"ı qəbul edib.

Rafael Benitesin "Nyukasl"ın baş məşqçi vəzifəsində debütü uğursuz alınıb. Matç "Lester Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 63-ə yüksəldən "Lester Siti" liderliyini bir qədər möhkəmləndirib. "Nyukasl" isə 24 xalla turnir cədvəlinin 19-cu pilləsində qalıb.

 

14 mart

İngiltərə Premyer Liqası, 30-cu tur

"Lester Siti" - "Nyukasl" - 1:0
Qol:
Okazaki, 25 (1:0)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord