Ankara terrorunda “Qalatasaray”lı futbolçunun atası həlak oldu (YENİLƏNİB)

Ankara terrorunda “Qalatasaray”lı futbolçunun atası həlak oldu (YENİLƏNİB)
DÜNYA FUTBOLU 14 Mart 2016 / 14:10 7795
-  A +

Dünən Ankara şəhərində törədilən terror aktı qurbanları arasında “Qalatasaray”ın hücumçusu Umut Bulutun atası Kamal Bulut da olub.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, U.Bulut atasının ölməsi xəbərini bu gun səhər “Qalatasaray”ın məşqi zamanı eşidib.

Bundan sonra futbolçu dərhal İstanbuldan Ankaraya gedib.

Qeyd edək ki, K.Bulut dünən “Gənclərbirliyi” – “Qalatasaray” oyunundan sonra evinə dönərkən terror hadisəsi zamanı həlak olub. O, maşını partlayışın baş verdiyi Qızılay meydana yaxın yerdə saxlayıbmış.

Bildirilir ki, futbolçu hadisədən sonra atasına zəng vursa da, telefon sönülü olub. Bundan sonra o, qardaşları ilə əlaqə qurub. Amma Umuta, oyundan yenicə çıxması səbəbindən faciə haqda dünən məlumat verilməyib. Bu səbəbdən atasının ölüm xəbəri futbolçuya bu gün çatdırılıb.  

Son xəbərlərə görə, Ankaradakı terrorda ölənlərin ümumi sayı 37-yə çatıb.




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı