İbrahimoviç: “Eyfelin yerində heykəlimi qoysalar..."

İbrahimoviç: “Eyfelin yerində heykəlimi qoysalar..."
DÜNYA FUTBOLU 14 Mart 2016 / 12:23 6314
-  A +

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç mövsümün sonu hazırda çıxış etdiyi PSJ-dən ayrılacağını təsdiqləyib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dünən “Trua” üzərindəki 9:0 hesablı qələbədən sonra növbəti dəfə Fransa çempionu olan İbrahimoviç gələcək karyerası ilə bağlı önəmli açıqlama verib.

“Mən burda xoşbəxtəm. Azarkeşlərlə əla münasibətim var. Klub həmişə mənə yaxşı olub” – deyən İbrahimoviç növbəti mövsümdə başqa komandada oynayacağını söyləyib.

“PSJ-də iki ay yarım vaxtım qalıb. Sonra necə olacağını bilmirəm. Məni burda sevirlər. Amma düşünmürəm ki, Eyfeli söküb yerində heykəlimi qoysunlar. Hətta klubumun sahibləri də bunu etmək gücündə deyillər. Amma əgər onlar bunu həyata keçirsələr, o zaman PSJ-də qalaram” – deyə Z.İbrahimoviç bildirib.


Son xəbərlər