Həmyerlimiz yenidən Rusiya millisinə dəvət aldı

Həmyerlimiz yenidən Rusiya millisinə dəvət aldı
DÜNYA FUTBOLU 29 Dekabr 2009 / 17:00 3134
-  A +

2010-cu il yanvarın 4-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Rusiya millisinin heyəti açıqlanıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şimal qonşumuzun heyətinə dəvət alan 18 futbolçu arasında həmyerlimiz, “Saturn”un əvəzedici heyətində çıxış edən Emin Mahmudov də var.

Qapıçılar: Dmitri Yerşov (“Moskva”), Stanislav Ploxix (ÇSKA)
Müdafiəçilər: Sergey Brızqalov, Dmitri Nikitinski (hər ikisi “Saturn”), Viktor Kuzmıçev (“Tolyatti”), Konstantin Ryabov (“Akademiya”), İrakli Çejiya (“Spartak”)
Yarımmüdafiəçilər: Nikita Boçarov, Aleksandr Petrov (hər ikisi “Zenit”), Dmitri Kayumov, İqor Kireyev (hər ikisi “Spartak”), Roman Emelyanov (“Tolyatti”), Maqomed Ozdoyev (“Lokomotiv”), Oleq Şalayev (“Krasnodar-2000”)
Hücumçular: Seyt-Daut Qarakoyev, Georgi Nurov (hər ikisi “Lokomotiv”), Nikolay İvannikov (“Akademiya”), Emin Mahmudov (“Saturn”)

Xatırladaq ki, Sankt Peterburqda baş tutacaq turnirin iştirakçıları arasında 19 yaşadək futbolçulardan ibarət milli komandamız da var.


Son xəbərlər