Mahir Şükürov: «Xaricdə oynamağıma ilk öncə anam razılıq verməlidir»

Mahir Şükürov: «Xaricdə oynamağıma ilk öncə anam razılıq verməlidir»
ÖLKƏ FUTBOLU 29 Dekabr 2009 / 14:36 3001
-  A +

Azərbaycan milli komandasının və «İnter»in müdafiəçisi Mahir Şükürov xarici klublara transferi ilə bağlı keçidində problem yarandığını söyləyib. Qol.Az-ın müxbirilə söhbətində M.Şükürov bildirib ki, anası xaricə getməyindən narazı və narahatdır: «Deyir ki, qal Bakıda, gözümün qabağında ol. Deyəsən, ilk olaraq evdə anamla razılığa gəlməliyəm. Ona görə qalmışam pis vəziyyətdə. İnşallah, yaxın zamanlarda hər şeyə aydınlıq gələcək”. Şükürov Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna keçidi ilə bağlı xəbərləri eşidəndə sevindiyini bildirib: “Vaqifin yerinə çox sevinirəm. Azərbaycanın adı üçün önəmli bir hadisədir. Vaqifin orda necə çıxış etməsindən çox şey asılı olacaq. Onun uğurlu çıxışı bizim gənc futbolçularımızın Avropaya çıxmasına böyük kömək ola bilər”. Hal-hazırda xaricdə hansı futbolçularımızın rahatlıqla çıxış edə biləcəyi barəsində danışan Şükürov bildirib ki, belə oyunçularımız çoxdur: “Elnur Allahverdiyev, Ruslan Abışov və Rəşad Sadiqov xaricdə oynamağa layiqdirlər”.

Daha çox


Son xəbərlər