İntizam Komitəsi "Qəbələ"ni altı min manat cərimələdi

İntizam Komitəsi "Qəbələ"ni altı min manat cərimələdi
PREMYER LİQA 29 Dekabr 2009 / 14:14 2998
-  A +

Premyer Liqanın XVII turunun "Qəbələ" – "İnter" oyununda "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "İnter" klubu 1000 manat cərimə olunub. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, oyun başa çatdıqdan sonra yerli azarkeşlər tərəfindən matçın baş hakiminin şəxsi maşınının və "İnter" klubuna məxsus avtobusun şüşəsi yerli azarkeşlər tərəfindən sındırılmışdır. İntizam Komitəsinin bugünkü iclasında alınan qərara görə, bütün bunlara əsasən stadionda və ona bitişik ərazilərdə təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi – "Qəbələ" klubu 5000 manat cərimə olunub. Qərarda bildirilib ki, "Qəbələ" klubu oyunun baş hakiminin və "İnter" klubunun təqdim edəcəyi sənədə əsasən hər iki tərəfə dəymiş zərəri ödəsin.

Son xəbərlər