Vaqif Cavadovun atası: «Biz hələ «Tvente» ilə heç bir danışıq aparmamışıq»

Vaqif Cavadovun atası: «Biz hələ «Tvente» ilə heç bir danışıq aparmamışıq»
ÖLKƏ FUTBOLU 29 Dekabr 2009 / 13:27 2743
-  A +

Milli komandamızın və «Qarabağ»ın hücumçusu Vaqif Cavadovun atası Füzüli Cavadov «Tvente» klubu ilə danışıqlar aparmaq üçün yanvarın 4-5-də Hollandiyaya yola düşəcəklərini bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində F.Cavadov sabah və ya birisigün viza üçün Fransanın Azərbaycandakı səfirliyinə müraciət edəcəklərini deyib. F.Cavadov hələ indiyə qədər futbolçunun özüylə «Tvente» arasında heç bir danışığın aparılmadığını vurğulayıb: «Bu günə qədər danışıqlar yalnız klublar səviyyəsində gedib. Biz özümüz də hələlik ancaq «Qarabağ»la müzakirə aparmışıq. Ağdam klubu ilə hər şeyi razılaşdırmışıq. İndi isə «Tvente» ilə müzakirə aparmaq üçün Hollandiyaya gedirik».
F.Cavadov V.Cavadovun «Tvente»yə transfer qiymətilə bağlı bunları bildirib: «Mənim qiymətlə bağlı heç bir məlumatım yoxdur. Təkrar edirəm, bugünə qədər danışıqlar ancaq klublar səviyyəsində olub». F.Cavadov bildirib ki, «Tvente» ilə danışıqlar zamanı Vaqifin bu komanda ilə ən azı iki il müddətinə müqavilə imzalamaq şərtini irəli sürəcəklər: «Çünki Vaqif «Tvente»yə ikinci dövrədən qoşulacaq. Bu mövsümün sonunə qədər olan müddət təkcə Vaqifin «Tvente»ylə tanışlığına, bu komandayla uyğunlaşmasına gedəcək». V.Cavadovun fikrincə, Vaqifin «Tvente»nin əsas heyətinə düşməsi üçün futbolçunun özünün istedadı ilə yanaşı məşqçinin ona inamı da əsas rol oynayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın