Rəşad Sadıqov: “Kocaelispor”a transferim mümkün deyil"

Rəşad Sadıqov: “Kocaelispor”a transferim mümkün deyil"
ÖLKƏ FUTBOLU 29 Dekabr 2009 / 12:03 2603
-  A +

Türkiyənin “Özgürkocaeli” qəzeti bu gün və ya sabah millimizin kapitanı Rəşad Sadıqovun “Kocaelispor”a qayıdacağı ilə bağlı xəbər yayıb. Qol.Az-ın müxbirilə söhbətində Rəşad İzmit klubu ilə danışıqlar aparacağını istisna etməyib: “Bu gün həqiqətən də Istanbula yola düşürəm. Orada futbolçu dostum İlqar Qurbanovla 3-4 gün qalıb, dincələcəyəm. Dünən “Kocaelispor”dakı sabiq komanda yoldaşlarım mənə zəng vuraraq, prezident postunda baş verən dəyişiklik barədə məlumat verdilər. Onu da dedilər ki, komandadakı maliyyə problemi həll olunmaq üzrədir. “Kocaelispor” gələn mövsüm Superliqada oynamağı qarşısına hədəf qoyub. Türkiyədə olduğum müddətdə klub prezidenti Muamer Çeliklə görüşümüz mümkündür. Bildiyiniz kimi, “Kocaelispor”un mənə müəyyən məbləğdə borcu qalıb. Yayda bir çox futbolçular komandadan pullarının ala bilmədiklərinə görə, şikayət etsələr də, mən eyni addımı atmadım. Həmin pulların bu dəfə ödənilməsi mümkündür”.
Rəşad Sadıqov “Kocaelispor”a keçidi ilə bağlı danışıqların olacağını istisna etməyib: “Amma mənim hazırda “Kocaelispor”a transferim mümkün deyil. Hazırda “Qarabağ”ın futbolçusuyam. Buradakı şərait məni qane edir. Hətta hansısa klubdan yaxşı təklif alsam belə, “Qarabağ”ı indiki halda tərk etməyim qeyri-mümkündür. Hansısa komandaya transferimlə bağlı yalnız “Qarabağ”la müqaviləm bitəndən sonra danışmaq olar”.   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı