“Birlik Kuboku”nda əsasən əvəzedicilərə güvənəcəyik”

“Birlik Kuboku”nda əsasən əvəzedicilərə güvənəcəyik”
XƏBƏR 29 Dekabr 2009 / 11:20 1938
-  A +

Rusiya Premyer Liqa klublarından olan “Amkar”ın iki futbolçusu yanvarda Moskvada keçiriləcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku” turnirində iştirak edəcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Amkar”ın qapıçısı Maksim Şumaylov və müdafiəçi Sergey Morozov turnirdə müsabiqədənkənar çıxış edəcək Rusiya klub millisinin heyətinə dəvət alıblar.
Bu arada Rusiya klub millisinə başçılıq edən İqor Kolıvanov komandasının turnirdə eksperimantal heyətlə çıxış edəcəyini bildirib: “Bu turnir gənc futbolçularımızın təcrübə qazanması baxımından böyük əhəmiyyətə malikdir. Bizim komandamızın heyəti eksperimantal olacaq. “Birlik Kuboku”nda əsasən Premyer Liqa klublarının əvəzedici heyətində çıxış edən futbolçulara güvənəcəyik”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki