“Birlik Kuboku”nun ikiqat qalibi: “Bu dəfə kuboku “Bakı” ilə qazanmaq istəyirəm”

“Birlik Kuboku”nun ikiqat qalibi: “Bu dəfə kuboku “Bakı” ilə qazanmaq istəyirəm”
XƏBƏR 28 Dekabr 2009 / 21:52 2072
-  A +

“Moskvaya kuboku qazanmaq məqsədi ilə yollanırıq. Heç bir komandadan çəkinmirik. Turnirdə ən çox oyun keçirən futbolçulardan biri kimi, deyə bilərəm ki, çempion olmaq üçün şanslarımız yüksəkdir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın üzvü Vadim Borets klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. “Birlik Kuboku”nda oyun sayına görə rekordçular arasında üçüncü olan moldovalı futbolçu karyerası ərzində sözügedən turniri üçüncü dəfə “Bakı” ilə qazanmaq istədiyini bildirib: “Mən bu turnirdə 16 yaşımda “Zimbru”nun heyətində debüt etmişəm. İki dəfə fəxri kuboku başım üzərində qaldırmışam. İlk dəfə “Şerif”, ikinci dəfə isə ”Neftçi” ilə qalib olmuşam. Üçüncü dəfə “Bakı” ilə uğur qazanıb rekorda imza atmaq arzusundayam”.
Xatırladaq ki, Borets sözügüdən turnirdə 1994-cü ildən etibarən müxtəlif komandaların heyətində 38 oyun keçirib. Bu nəticə ilə o, Mixayıl Zimlinski (46 oyun) və Oleq Bloqonadejdnidən (40) sonra üçüncü ən çox oyun keçirən futbolçudur. Adıçəkilən hər iki futbolçu artıq peşəkar karyerasını bitirib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"