Avropa klubuna keçmək növbəsi Kamran Ağayevə çatdı

Avropa klubuna keçmək növbəsi Kamran Ağayevə çatdı
ÖLKƏ FUTBOLU 28 Dekabr 2009 / 17:53 3148
-  A +

«Qarabağ»ın hücumçusu Vaqif Cavadovun Hollandiyanın «Tvente» klubuna keçidi ilə bağlı məsələ dəqiqləşəndən sonra diqqətlər milli komandamızın Avropa klublarına transferi gündəmdə olan daha bir futbolçusuna - qapıçı Kamran Ağayevə yönəlib. Qol.Az-ın müxbirilə söhbətində «Xəzər Lənkəran»ın qapıçısı Vaqif Cavadovun “Tvente”yə transfer olunacağından təəccüblənmədiyini söyləyib: «Vaqif istedadlı futbolçudur. Onun xaricdə çıxış etməsi məni yalnız sevindirə bilər. Kaş xaricdə ən azı Vaqifin yaşı qədər azərbaycanlı futbolçu çıxış edəydi”.
Konkret özünün transferi ilə bağlı məsələyə gəlincə, Kamran Ağayev bunları söyləyib: «Məndə transferimlə bağlı təzə xəbərlər var. Amma bunları hazırda sizə açıqlamaq istəmirəm. Ən qısa zamanda bütün ictimaiyyətin bundan xəbəri olacaq. Qismət. İnşallah, hər şey yaxşı olacaq”.
Xatırladaq ki, Kamran Ağayev bir müddət əvvəl Qol.Az-a müsahibəsində Almaniyanın bundesliqa klublarından birinə keçmək ehtimalının böyük olduğunu demişdi.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord