“Bakı”nın rəqibi heyətini daha bir futbolçuyla gücləndirdi

“Bakı”nın rəqibi heyətini daha bir futbolçuyla gücləndirdi
XƏBƏR 28 Dekabr 2009 / 14:29 1816
-  A +

Yanvarda Moskvada keçiriləcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda “Bakı”yla bir qrupda yer alan Qazaxıstan çempionu “Aktobe” heyətini daha bir futbolçuyla gücləndirib. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktau təmsilçisi gənc hücumçu Akjol Serikjanovu heyətinə cəlb edib. Futbolçu özü də bu xəbəri təsdiqləyib: “Artıq “Aktobe” ilə razılığa gəlmişik. Qarşıdakı 1 il ərzində icarə əsasında bu klubun şərəfini qoruyacağam”.
Xatırladaq ki, “Aktobe” qış fasiləsində Akjol Serijkanova qədər eyni şərtlərlə yarımmüdafiəçi Timur Dosmaqambetovu da heyətinə qatıb.

 


Son xəbərlər