Millimizin kapitanı Vaqif Cavadovun transferindən danışdı

XƏBƏR 28 Dekabr 2009 / 14:16 2020
-  A +

«Biz Vaqifin Avropa klublarından birinə keçməsini çoxdan gözləyirdik. Onun «Tvente» kimi komandaya transferi isə bizi ikiqat sevindirir». Bu sözləri Vaqif Cavadovun Hollandiyanın «Tvente» klubu ilə anlaşmasına münasibət bildirən milli komandamızın və «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqov deyib. Onun fikrincə, Vaqif Cavadov Hollandiya çempionatında özünü daha tez təsdiqləyə bilər: «Vaqifin texnikası Hollandiyada oynamağa imkan verir. Bəlkə də Türkiyə və Rusiya çempionatları Vaqif üçün çətin olardı. Vaqifə uğurlar arzulayıram. Ümid edirəm ki, gələcəkdə Azərbaycan futboluna daha böyük fayda verə biləcək».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı