Bakıda tikiləcək 60 min nəfərlik stadionun yeri müəyyənləşib

Bakıda tikiləcək 60 min nəfərlik stadionun yeri müəyyənləşib
XƏBƏR 28 Dekabr 2009 / 14:15 2038
-  A +

Bakıda tikilməsi nəzərdə tutulan 60 min nəfərlik tamaşaçı tutumuna malik stadionun yeri artıq müəyyənləşib. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O qeyd edib ki, stadion Böyükşor-Sabunçu dairəsi yaxınlığında tikiləcək. Orada stadionla yanaşı hovuz kompleksinin də tikintisi nəzərdə tutulub. Nazir bildirib ki, stadion tikintisindən əvvəl həmin ərazidə neft gölməçələri qurudulmalıdır. Bundan sonra işlərə başlamaq olar. Onun sözlərinə görə, stadionun tikintisi ARDNŞ tərəfindən aparılacaq.

Azad Rəhimov əlavə edib ki, tikinti işlərinə gələn il başlanıb-başlanmayacağına dair onda dəqiq məlumat yoxdur. Çünki bu işi Gənclər və İdman Nazirliyi yox, ARDNŞ görəcək.

Mənbə: lent.az


Son xəbərlər