Rəşad Sadıqov: «Mənim qiymətim nəinki 750 min avro, heç bu rəqəmə yaxın da deyil»

Rəşad Sadıqov: «Mənim qiymətim nəinki 750 min avro, heç bu rəqəmə yaxın da deyil»
ÖLKƏ FUTBOLU 28 Dekabr 2009 / 13:19 2619
-  A +

Azərbaycan milli komandasının kapitanı və «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqov  Britaniyanın transfermarket.co.uk saytının ona 750 min avro qiymət qoymasına münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində R.Sadıqov deyib ki, ümumiyyətlə, bu saytda futbolçularla bağlı qiymətlər ciddi deyil və gerçəkliyi əks etdirmir. «Bu saytda qiymətlər həddən artıq şişirdilib. Təckə mənim deyil, bizim digər futbolçularımıza qoyulan qiymətlər də gerçəkliklə uyğunlaşmır».
R.Sadıqovun sözlərinə görə, azərbaycanlı futbolçular, adətən, başqa bir komandaya sərbəst agent statusunda keçir: «Bizdə futbolçular çox vaxt komandaları ilə müqaviləsi bitdikdən sonra digər komandaya transfer olur. Yəni futbolçu sərbəst agent olanda kluba deyil, yalnız oyunçunun  özünə pul ödəmək lazım gəlir».
Konkret özüylə bağlı rəqəmə gəlincə, Sadıqov deyib: «Mənim qiymətim nəinki 750 min avro, heç bu rəqəmə yaxın da deyil».
Millimizin kapitanı həqiqi transfer qiymətini açıqlamaq istəmədiyini də vurğulayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın